Bakıda keçirilən UEFA Avropa Liqasının final matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Bu ada “Çelsi”nın yarımmüdafiəçisi Eden Azar layiq görülüb.
Belçikalı oyunçu “Çelsi”nin “Arsenal”ı 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Azarın İspaniyanın “Real Madrid” klubuna keçəcəyi gözlənilir.