Məcburi köçkünlər üçün tikilən evlərin aqibəti ilə bağlı VACİB AÇIQLAMA

0
284

“Artıq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan evlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi ilə bağlı işlərə başlanılıb”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O qeyd edib ki, yeni mənzil proqramı Vətən Müharibəsinin iştirakçılarına, şəhid ailələrinə şamil ediləcək.

Aidiyyəti qurumlarla proqramların hazırlanması və icrası istiqamətində detallar müzakirə olunacaq. Bu barədə geniş məlumat veriləcək”.

O qeyd edib ki, məcburi köçkünlər Qarabağa qayıtdıqdan sonra mənzillərlə bağlı məsələyə də baxılacaq.