Keçmiş məcburi köçkünlər azad olunmuş torpaqlara bizneslərini apara biləcəklərmi? – Nazirlikdən AÇIQLAMA

0
309

“Erməni işğalından azad edilən torpaqlarda özünüməşğulluq proqramları davam etdiriləcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, keçmiş məcburi köçkünlərimiz özünəməşğulluq proqramının ən həssas qrupları sırasındadır:

“İndi onlar burada qurduqları təsərrüfatları artıq dədə-baba yurdlarına daşıyacaq, orada inkişaf etdirəcəklər”. 

“Özünüməşğulluq proqramı işğaldan azad edilmiş torpaqlarımızın sosial-iqtisadi vəziyyətinin yüksəldilməsində böyük rol oynayacaq”, – deyə o əlavə edib.