Qvardiola meydana çıxarmağa oyunçu tapmır

0
308

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola koronavirus səbəbindən oyunçu çatışmazlığından şikayətlənib.

“Hər klub koronavirus təhlükəsi ilə mübarizə aparır. Vəziyyət bizim üçün tamamilə yenidir. Bizim ehtiyatda çox oyunçumuz yoxdur. Uzun müddət yalnız 14-15 futbolçunun xidmətindən istifadə etmək çox çətindir”, – deyə P. Qvardiola qeyd edib.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada 29 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.