Qətər regional blokadadan çıxır

0
432

Səudiyyə Ərəbistanı Qətərlə üç ildən çoxdur qapalı qalan sərhədlərini açmaq qərarına gəlib.

Səudiyyə Ərəbistanı sərhədləri Körfəz liderlərinin zirvə görüşündən əvvəl bazar ertəsi axşamından (5 yanvardan) etibarən açmağa qərar verib.

Küveyt Qətərlə regional ölkələr arasında 2017-ci ildə başlayan qarşıdurmaya son vermək üçün vasitəçilik edib.

Qeyd olunur ki, Qətərlə Səudiyyə Ərəbistanı və digər region ölkələr arasında əlaqələrin normallaşdırılmasına dair razılaşma Ər-Riyadda Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının 41-ci Zirvə görüşündə əldə olunacaq.