Ermənistan hərbi birləşmələrinin əsirliyində olan Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Yəhya Abdinov qısa müddətli reabilitasiyadan sonra ailəsinə qovuşub.
Yəhyanın ailəsinə qovuşması böyük sevinclə qarşılanıb.
Yəhya Abidinov vətən müharibəsinə könüllü olaraq yollanaraq sentyabr ayının 30-da Füzuli istiqamətində gedən döyülərə qoşulub. Vətən müharibəsində iştirak edən Yəhya Abidinov noyabr ayının 9-da Xocavənd istiqamətində ayağından yaralanaraq əsir düşür.
Ailəsi ən son noyabr ayının 2-də Yəhya ilə əlaqə saxlaya bilib. Yəhyanın valideynləri sonradan onun əsir düşdüyü məlumatını alıblar. Yəhya düz 34 gün düşmən əsiriliyində qalıb.
Reportajı təqdim edirik: