Yeni ilə qədəm qoyan ilk ölkələr

0
438

Yeni Zelandiya və Fici artıq yeni ilə qədəm qoyub.

Bu barədə “Haber Global” məlumat yayır.

Koronavirus səbəbiylə qeyd etmədə qadağaların mövcudluğu olan 2021-ci ili Yeni Zelandiya fişənglərlə qarşılayıb.

Cənub yarımkürəsində yerləşən və dekabr ayında yaz mövsümü yaşanan ölkənin Auklənd şəhərində 5 dəqiqə davam edən atəşfəşanlıq olub.

Koronavirusla mübarizədə uğurlu olan Yeni Zelandiyada Yeni il tədbirlərinə heç bir məhdudiyyət qoyulmayıb.

Yeni ilə girən ilk böyük şəhər, Bakı vaxı ilə saat 17:00-da 2021-ə salam verməyə hazırlaşan Avstraliyanın Sidneyi olub.

Bu gün Sakit Okean adaları Tonqa, Samoa və Kiribati də 2021-ci ilə qədəm qoyan ilk ölkələrdir. Sakit okeanın ada ölkələri saat 14:00-da 2021-ə daxil olublar.

Yeni Zelandiyanı Yaponiya, Cənubi Koreya və Avstraliya izləyəcək.

Sakit okeandakı Beyker adası və Amerika Samoası 2021-ci ilə girən son ölkələr olacaq.