
Qırğızıstanda koronavirusa qarşı rus peyvəndinin istehsalı məqsədilə zavod inşa ediləcək.
Bu barədə ölkənin səhiyyə naziri Alimqadir Beyşenaliyev deyib.
“Əhalini təmin etmək üçün Səhiyyə Nazirliyi peyvənd istehsalı zavodu tikməyə qərar verib”, – nazir bildirib.
Onun sözlərinə görə, rusiyalı həmkarı Mixail Muraşko ilə görüşdə Qırğızıstana peyvənd istehsalı üçün substratlar gətirilməsi barədə razılıq əldə olunub.