Teymur Rəcəbov Aronyanla heç-heçə oynadı

0
340

Blits şahmat üzrə onlayn “Airthings Masters” turniri davam edir.

Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov turnirin ikinci oyun günündə daha 4 qarşılaşma keçirib. 

Ardıcıl olaraq Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ), Yan Nepomnyaşi (Rusiya) və Levon Aronyan (Ermənistan) ilə qarşılaşan Rəcəbov bütün görüşlərini heç-heçə ilə başa vurub.

Rəcəbov bununla da xal hesabını 4,5-ə çatdırıb. O, yarışın iki günündən sonra 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.