SOCAR əməliyyatçı partnyor axtarır

0
328

SOCAR Terminalı üçün yalnız əməliyyatçı partnyora ehtiyac var.

Bunu Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov mətbuat konfransında SOCAR Terminalı ilə bağlı şirkətin partnyor axtarışı məsələsinə aydınlıq gətirərkən deyib:

“Əvvəla onu qeyd edim ki, Petlim limanının adı artıq SOCAR Terminalı kimi gedir. Burada SOCAR partnyor dedikdə yalnız əməliyyatçı partnyor nəzərdə tutulurdu. Belə bir əməliyyatçı şirkət olarsa onunla əməkdaşlığa baxıla bilər. Bu bir neçə ay əvvəl verilən bir mesaj idi. Bu məsələ Zaur Qəhrəmanov tərəfindən müsahibələrinin birində səsləndirilmişdi. Bu günə qədər məsələ ilə bağlı yenilik olmayıb”.

Qeyd edək ki, 2020-ci il oktyabr ayının sonunda “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Bloomberg”ə müsahibəsində əməliyyat və idarəetmə üzrə ekspert olan bir şirkətlə partnyorluğun ola biləcəyini bildirib. Lakin bu satış məqsədi güdməyən bir partnyorluq olacaq.