Banklar və sığortaçıların hüquqpozmalarına qarşı müraciət ünvanlaya bilərsiniz – RƏSMİ

0
306

Cari il ərzində maliyyə bazarı iştirakçılarının çoxsaylı müraciətləri araşdırılaraq cavablandırılıb, nəzarət subyektləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarət tədbirləri həyata keçirilib, habelə nəzarət subyektləri ilə görüşlər keçirilib.

Mərkəzi Bankdan verilən məlumata əsasən, nəzarət subyektləri ilə həyata keçirilən belə görüşlərdən biri də cari ilin noyabr ayında baş tutub. Belə görüşlərin keçirilməsi mütəmadi xarakter daşıyır.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, maliyyə bazarlarına nəzarət funksiyaları Mərkəzi Banka ötürülüb. Bu funksiyalardan biri də maliyyə xidmətləri istehlakçıların və investorların hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasının təmin olunmasıdır.

Fəaliyyət istiqamətinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən istehlakçılar və investorlardan daxil olan yazılı və şifahi müraciətlərə baxılır, müraciətlərlə əlaqəli sorğular göndərilir, araşdırmanın nəticəsinə uyğun olaraq cavablar hazırlanır, hüquq pozuntusu aşkar edildiyi təqdirdə istehlakçıların və investorların pozulmuş hüquqlarının bərpası məqsədilə nəzarət subyektlərinə icrası məcburi göstərişlər verilir və ya digər hüquqi tədbirlər həyata keçirilir.

Mərkəzi Banka müraciət edən və müraciəti araşdırılan vətəndaşlar qəbul cədvəlinə uyğun olaraq Mərkəzi Bankın inzibati binasında və ya videobağlantı formatında qəbul edilir.

Mərkəzi Bankın nəzarət subyektləri olaraq müəyyən edilmiş banklar, sığortaçılar, səhmdar cəmiyyətləri və digər maliyyə subyektləri tərəfindən hüquqpozmalara yol verildiyi təqdirdə, habelə Mərkəzi Bankın səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı vətəndaşlar qanunvericilikdə müəyyən edilmiş qaydada yazılı olaraq Mərkəzi Banka Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27 ünvanına poçt vasitəsi ilə, elektron ünvanından online, +99412 493 50 58 telefon nömrəsi və 966 qaynar xətt nömrəsi ilə şifahi müraciət edə bilərlər.

Eyni zamanda, [email protected] ünvanından online qəbula yazılmaq mümkündür.