Düşmənə qan udduran şəhid – VİDEO

0
394

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri də şəhid Eltun Əliyevdir. 

19 yaşlı manqa komandiri əsgərlərini qoruyaraq canını vətən uğrunda sipər edib.

Sentyabrın 27-də başlanan Vətən müharibəsində yaşı az olmasına baxmayaraq düşmənin kabusuna çevrilən igid Eltun Əliyev Suqovuşanın alınmasında fəal iştirak edib. Cəsurluğu ilə seçilib. O, əsgərləri ilə birgə gözünü qırpmadan düşmən üzərinə gedib. Axırıncı döyüşü Ağdərə istiqamətində oktiyabrın 16-da olub. 

Eltun Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalı ilə təltif olunub. 

19 yaşlı İgidimiz Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.