Avropa ölkəsi Türkiyənin texnikasını alır

0
413

Macarıstan Türkiyədən daha 40 ədəd 4×4 zirehli avtomobil (Əjdər Yalçın) almaq niyyətindədir.

Bu barədə Macarıstan Müdafiə Nazirliyinin rəsmisi Qaspar Marot deyib.

Marot əlavə edib ki, artıq Türkiyə ilə bu yöndə razılaşma imzalanıb.

O bildirib ki, ordunun müdafiə qabiliyyətinin artırmaq üçün ümumilikdə 300 ədəd zirehli texnika əldə ediləcək:

“Bu texnikalar xidmət keçən qulluqçuların daha yüksək səviyyədə qorunmasını təmin edəcək”.