ABŞ bu bölgəyə 4 gəmi, 5 min əsgər yerləşdirdi

0
384

ABŞ Somali sahillərinə təxminən 5 min əsgəri daşıyan 4 gəmidən ibarət birliyi yerləşdirib.Bu barədə ABŞ-ın Afrika Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumatda bildirilib ki, 15-ci Dəniz Qüvvələri Ekspedisiya Birliyini daşıyan Makin Adası Amfibiya Qrupu Somali sahillərinə gətirilib:

“Bu əməliyyatın vəzifəsi ekstremist qrupları və onlara dəstək verən qüvvələri basqı altında saxlamaq, Somalidəki birliyi isə digər Afrika ölkələrinə yerləşdirməkdir”.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Trampın əmrinə əsasən, amerikalı hərbçilərin böyük hissəsi Somalidən çıxmağa başlayıb.