Kartını itirən şəxslər 190 manatı necə alacaq? – Açıqlama

0
416

Artıq yaxın günlərdə 600 min vətəndaşa pandemiya səbəbindən 190 manat ödəniş ediləcəyi açıqlandı. Lakin bəzi vətəndaşlar birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən bu ilin aprel-may ayında təqdim edilən kartları itirdiklərini bildiriblər. Maraqlıdır, sözügedən kartı itirən şəxslər 190 manatı növbəti dəfə necə alacaq?

Məsələ ilə bağlı  açıqlama verən Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, bununla bağlı məsələni vətəndaşa kartı verən bank tənzimləməlidir:

“Bu barədə vətəndaş kartın məxsus olduğu bankla danışa bilər. Çünki vətəndaşlara kartlar banklar tərəfindən verilib. Kartını itirənlərə birdəfəlik ödəmənin hansı şəkildə verilməsini onlar tənzimləyə bilərlər”.