Ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı nazirdən AÇIQLAMA

0
336

“2020-ci il sosial-iqtisadi cəhətdən bütün dünya ölkələri kimi, Azərbaycan üçün də ağır il olub”.Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, hökumətin gördüyü işlər nəticəsində 2020-ci ildə pandemiyanın insanlara təsirinin aradan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib.