Ağsuda icazəsiz kafe işlədən rayon sakini saxlanıldı

0
389

Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon bazarı ərazisinə məxsus kafeni icazəsiz işlədən yerli sakin, 39 yaşlı Əliyev Salman Ədalət oğlu saxlanılıb.

Bundan başqa kafedə olan müştərilər olmaqla, ümumilikdə 14 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən polis əməkdaşları tərəfindən cərimlər tətbiq olunub.

Hazırda Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.