Xalq artisti Sabir Əliyev xəstəxanaya yerləşdirildi

Azərbaycanın Xalq artisti Sabir Əliyev də koronavirusa yoluxub.

Bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib.

Onun sözlərinə görə, sənətkar hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.

Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildən isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını daşıyır.