Bu ölkələrin vətəndaşları İsveçə gedə bilməyəcək

0
304

Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrin vətəndaşları 2021-ci ilin mart ayına qədər İsveçə gedə bilməyəcəklər.

Ölkənin səlahiyyətliləri tərəfindən gələn ilin martın 31-nə kimi ölkəyə girişə qüvvədə olan müvəqqəti qadağanın uzadılması barədə qərar qəbul olunub.

İsveç hökuməti Aİ ölkələri, həmçinin Böyük Britaniya, Norveç, İslandiya, Lixtenşteyn və İsveçrə xaricində digər dövlətlərdən bu ölkəyə bütün təcili olmayan və azəhəmiyyətli səfərlərə qadağa qoymaq qərarına gəlib. Bu qərar Avropa Komissiyasının tövsiyəsi ilə qəbul edilib. Bu tədbirin məqsədi SARS-CoV-2 virusunun yayılmasının nəticələrinin yumşaldılması və COVID-19-a yoluxmanın miqyasının azaldılmasıdır. Sonradan bu tədbirin qüvvədə olması Avropa Komissiyası və Avropa İttifaqının Şurasının tövsiyələrinə uyğun olaraq bir neçə dəfə uzadılmışdı.

Lakin bundan sonra girişə qadağa, həmçinin Böyük Britaniya sakinlərinə də tətbiq ediləcək, çünki bu ilin sonunda Birləşmiş Krallığın Avropa İttifaqından çıxışı üzrə keçid prosesi başa çatır.