Nigeriyada qaçırılan yüzlərlə məktəbli tapıldı

0
395

Nigeriyanın Kankara şəhərində terrorçu qruplaşmalar tərəfindən internat-məktəbdən qaçırılan yüzlərlə oğlan sərbəst buraxılıb.

Əməliyyatın təfərrüatları açıqlanmayıb. Uşaqlar üçün tələb etdilən pulun ödənilib-ödənilməməsi də məlum deyil.

Buna baxmayaraq, 344 oğlan tezliklə evlərinə dönəcək. Hökumət hesab edir ki, bu, qaçırılan uşaqların əksəriyyəti və ya hamısıdır.

“Boko Haram” terror qruplaşması hadisəni öz üzərinə götürüb.

Xatırladaq ki, Nigeriyada 600 məktəblinin qaçırılması ilə bağlı xəbər yayılmışdı.