Koronavirusa yoluxan Xalq artistinin səhhəti pisləşdi

0
466

Xalq artisti Sabir Əliyev koronavirus infeksiyasına yoluxub.
Xanəndənin səhhəti bu günlərdə daha da ağırlaşıb.
Ailəsi bildirib ki, S.Əliyev hazırda Kürdəxanı qəsəbəsində xəstəxanalardan birinə yerləşdirilib. Onlar müalicənin yaxşı aparılmadığından xanəndənin səhhətinin daha da pisləşdiyini deyiblər.
“Lazımi qrumlardan Sabir Əliyevin daha yaxşı xəstəxanaya yerləşdirilməsinə kömək edilməsini xahiş edirik” deyə, ifaçının yaxınları bildirib.