Hacı Əliyev dünya çempionundan intiqamını aldı

0
449

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda 1/4 finala yüksəlib.

3 qat dünya və 3 qat Avropa çempion 1/8 finalda rusiyalı dünya çempionu Hacımurad Rəşidovla üz-üzə gəlib.

Əliyev 2-ci dəqiqənin sonunda rəqibinə fənn tətbiq edib və 4:0 önə keçib. Həmin vaxt Rəşidov zədələnib. O, görüşə davam edə bilmədiyi üçün azərbaycanlı pəhləvan növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, bu rəqiblərin 2019-cu ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatındakı görüşü qalmaqalla yekunlaşmışdı. Əliyev qəsdən uduzdurulduğunu iddia edərək hakimlərdən narazılığını onlara qırmızı vərəqə göstərməklə nümayiş etdirmişdi.