Rusiya Azərbaycanın daha dörd müəssisəsindən pomidor idxalına icazə verdi

0
330

Rusiyanın “Rosselxoznadzor” qurumu dekabrın 17-dən etibarən Azərbaycanın daha dörd müəssisəsindən pomidor idxalına icazə verib.

Bundan əvvəl “Rosselxoznadzor” Azərbaycanda bir müəssisədən pomidor idxalına izn vermişdi.

İcazələr “Geotermal” (Kürdəmir rayonu), “Şükürov İlkin Mirzəxan” (Masallı rayonu), “Gp Alfa greenhouse” MMC (Salyan rayonu), “Hajigabul greenhouse” MMC (Hacıqabul rayonu) müəssisələrinə verilib.