İnformatika fənni imtahan suallarına salına bilər

0
297

İnformatika fənni ilə bağlı mövzuların imtahan suallarına daxil edilməməsi bu fənnin ikinci plana salınmasına səbəb olur.

Bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva onlayn formatda keçirilən vebinarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, təhsilin inkişaf etməsində maraqlı olan hər kəsin arzusudur: “Amma birdən-birdə belə qərarın verilməsi mümkün deyil. Bunun üçün pilot platformanın yaradılmasına ehtiyac var”.