“SOCAR Petroleum”un bütün növ yanacaqları keyfiyyət normalarına uyğundur – AÇIQLAMA

0
438

“SOCAR Petroleum”un yanacaqdoldurma məntəqələrində satışı həyata keçirilən bütün növ yanacaqların keyfiyyət göstəriciləri normalara uyğundur. 

Bu barədə açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.

O bildirib ki, “SOCAR Petroleum”un yanacaqdoldurma məntəqələrində satışı həyata keçirilən bütün növ yanacaqların keyfiyyət göstəriciləri üzrə hər üç aydan bir yoxlanış həyata keçirilir:

Keyfiyyət göstəricilərinə gəldikdə, SOCAR brendli yanacaqdoldurma məntəqələrində bütün növ yanacaq məhsullarına dair keyfiyyət yoxlanışı daha əvvəllər ölkəmizdə fəaliyyət göstərmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən, hazırda isə Azərbaycan Metrologiya İnstitutu tərəfindən həyata keçirilir.

Yoxlanışın ardınca bizə istinad protokolları təqdim edilir. Bu protokollara nəzər yetirsək, orada görərik ki, bütün növ yanacaqların keyfiyyət göstəriciləri normalar çərçivəsindədir. Bu günə qədər biz həmin göstəricilərdə heç bir dəyişiklik müşahidə etməmişik”.

Qurumun mətbuat katibi əlavə edib ki, ümumilikdə, ölkə üzrə bütün yanacaqdoldurma məntəqələri yanacağı “SOCAR Petroleum”a məxsus Bakı Neft Terminalı bazasından əldə edirlər. Yəni bütün sahibkarlar yanacaq təlabatını “SOCAR Petroleum”un bazasından ödəyə bilirlər.