Gürcüstan hökuməti bu tarixdə istefaya gedəcək

0
362

Georgi Qaxariyanın rəhbərlik etdiyi Gürcüstan hökuməti 10-cu çağırış parlamentin səlahiyyətləri təsdiqləndikdən dərhal sonra istefaya gedəcək.

Yeni parlamentin deputatları mandatlarını əldə etdikdən sonra qanunverici hakimiyyətin yeni hökuməti təsdiqləməsi üçün 1 ay vaxtı olacaq.

Seçkidə parlamentdə çoxluğu əldə edən Gürcü Arzusu Partiyası 2 həftə ərzində hökumət başçısının namizədliyini açıqlayacaq. Yeni hökumətə yenidən Georgi Qaxariyanın rəhbər təyin ediləcəyi güman edilir.