Rusiyada pirotexnika anbarında yanğın – VİDEO

0
362

Rusiyanın Rostov şəhərində bazarda yanğın başlayıb. 

Yerli vaxtla saat 06.30 radələrində Rusiya Fövqəladə Hallar Nazirliyinə Rostovda “Klassik” bazarında yanğın olması barədə məlumat daxil olub. 

Bildirilib ki, yanğının şiddəti “4cü dərəcəli” olaraq qiymətləndirilib.

Hazırda yanğın bazarda ikimərtəbəli ticarət mərkəzində 2,5 min kv.m sahəni əhatə edir.

Alovların pirotexnika anbarına çatması isə yanğını xüsusilə təhlükəli edib.

Yanğının söndürülməsinə 40-a yaxın yanğınsöndürmə texnikası, 130 yanğınsöndürən cəlb olunub.  

İlkin məlumata görə, xəsarət alan yoxdur.