Rusiyalı futbolçulardan ölkəmizə dəstək: “Yaşasın Azərbaycan!” – VİDEO

0
369

Tatarıstanın (Rusiya Federasiyası) paytaxtı Kazanda fəaliyyət göstərən “Parus Savinovo” adlı komandanın yeniyetmə futbolçuları Azərbaycana dəstək olub.

Futbolçular qalib gəldikləri son oyundan sonra qələbəni ölkəmizə həsr edib və “Yaşasın Azərbaycan!” deyiblər.

Qeyd edək ki, bu komandanın baş məşqçisi Bakı rusu olan Vladimir Kopeykindir. Keçmiş qapıçı vaxtilə ölkəmizdə “Bakı Fəhləsi”, “ANS-Pivani”, “Dinamo” (Bakı) və “Neftçi”də çıxış edib.