Tovuz döyüşlərində şəhid olmuş polkovnik İlqar Mirzəyevin dostuna göndərdiyi son səsli mesajı yayılıb.
“2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik İlqar Mirzəyev şəhidlik zirvəsinə ucalmazdan bir gün əvvəl əziz dostuna qələbə ruhlu səsli mesaj göndərib. “Azpromedia” olaraq şəhid polkovnikin son səsli mesajını əbədi yaşatmaq istədik. Bu məqsədlə də, ailəsinin razılığı ilə həmin mesaja video çarx hazırladıq. Bildirmək istədik ki, artıq Qarabağ azaddır! Ruhun şad olsun, Cənab Polkovnik!”