Qarabağdan getmək istəyən ermənilər Xankəndidə saxlanılır

0
511

44 günlük müharibə nəticəsində azad edilən ərazilərdən, eləcə də Azərbaycana təhvil verilən Ağdam və Kəlbəcərdən çıxan ermənilərin Xankəndi və Əsgəranda yerləşdirilməsinə çalışılır.

Xankəndidə qalan separatçılardan Artur Arutyunyan bu faktı təsdiq edib. Bildirib ki, hazırda Xankəndidə evləri olan, amma burada yaşamayan şəxslərlə əlaqə saxlanılır, onların mənzilləri təcili inventarlaşdırılır. Və bu mənzillərdə evlərini “itirən” ermənilər yerləşdirilir.
Arutyunyan əlavə edib ki, evləri olmayan çoxlu erməniyə müvəqqəti sığnacaqlar ayrılıb. O cümlədən uşaq bağçaları və mədəniyyət evləri.
İlkin hesablamalara görə, bu iki aylıq proses zamanı təxminən 25 min erməni onlara məxsus olmayan, amma özlərinin hesab etdiyi evlərini itirib.
Ermənilər bu insanları Xankəndidə saxlamaq üçün müxtəlif addımlar atırlar. Məsələn, bir il ərzində burada yaşayan ermənilər elektrik enerjisinə, internetə və telefonə ödəniş etməyəcək. Eyni zamanda hər ailə başına 60 min dram pul veriləcək.
Separatçılar bu vasitələrlə Qarabağı tərk etmək istəyən mülki erməniləri Xankəndi və ətrafında saxlamağa çalışır.