İranın nüvə proqramının “atası” öldürüldü: O, kim idi?

0
478

Tehran yaxınlığında öldürülən nüvə fiziki Möhsün Fəxrizadə İranın nüvə proqramının əsas fiqurlarından biri və İsrailin hədəfi olaraq ön planda olub.

Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Agentliyinin rəhbəri və hərbi qurum olan İmam Hüseyin Universitetində fizika professoru olaraq çalışan M.Fəxrizadə hərbi sahədəki fəaliyyətləri ilə tanınıb.

Fəxrizadə 1957-ci ildə paytaxt Tehran yaxınlığında yerləşən Qum şəhərində anadan olub və 1979-cu ildə İran İslam İnqilabından sonra yaradılan İran İslam İnqilabı Keşişçiləri Korpusunda xidmət edib.

O, İranın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin baş müşaviri və Fiziki Tədqiqatlar Mərkəzinin rəhbəri olduğu üçün BMT Təhlükəsizlik Şurasının 24 mart 2007-ci il tarixli 1747 saylı qətnaməsi ilə sanksiya siyahısına salınıb.

Fəxrizadə Qərb jurnalistlərinin ən çox reportaj hazırlamaq istədiyi şəxslər arasında olub, lakin Tehran administrasiyası əvvəlki illərdə alim haqqında məlumatların yayılmasının qarşısını almaq üçün səy göstərib və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətçilərinin onunla görüşməsinə belə icazə verməyib.

İranlı alim İranın hərbi nüvə proqramının “ata”sı hesab edilirdi.