Daha iki gimnastımız Avropa çempionatının finalında

0
426

Axar.azAZRUENآذ

Daha iki gimnastımız Avropa çempionatının finalında

12 Punto
14 Punto
16 Punto
18 Punto

Ukraynanın paytaxtı Kiyevdə davam bədii gimnastika üzrə Avropa çempionatının ikinci günündə Azərbaycanın iki gimnastı Nərmin Bayramova və Alina Gözəlova təsnifat mərhələsini uğurla başa vurublar.

Bu dəfə gürz və lentlə hərəkətlərdə ustalıqlarını nümayiş etdirən yeniyetmə idmançılar finala vəsiqə qazanıblar. Bayramova 20.655 xal, Gözəlova isə 22.000 xal toplayıb.

Axşam seansında isə çöxnövçülük üzrə qrup hərəkətlərində komanda yarışları baş tutacaq. Azərbaycan yığmasının heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxacaqlar. İlk yarış günündən sonra ən yaxşı göstəriciyə (34.600 xal) imza atmış komanda cədvəldə ilk pilləni tutur.

Bu gün çoxnövçülük üzrə qrup və komanda yarışlarında ilk medallar sahibini tapacaq. Hazırda Azərbayan millisi ümumi sıralamada 3-cüdür.

Qeyd edək ki, ötən gün Nərmin Bayramova və Alina Gözəlova müvafiq olaraq, ip və topla hərəkətlərdə finala çıxıb.