Almaniya Qarabağla bağlı 2 milyon ayırdı

0
458

Almaniya Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) Dağlıq Qarabağdakı fəaliyyəti üçün 2 milyon avro ayırıb.

Bu barədə Almaniya Federal Hökumətinin İnsan Haqları üzrə Komissarı Berbel Kofler bildirib.

6 həftəlik müharibədən sonra imzalanan Sülh razılaşmasını alqışladığını deyən Kofler BQXK-ya və digər humanitar təşkilatlara maneəsiz yardımın çatdırılmasının vacib olduğunu söyləyib.