Şəhid xanımı: “Son mesajımda yazmışdım ki, sən mənim qəhrəmanımsan”

0
398

Şəhid kapitan Fərid Dursunov Qaxın Qoraxan kəndində dünyaya göz açmışdı. Orta məktəbi bitirən kimi sənədlərini Ali Komandirlər Məktəbinə verib. Bu yolda bəzi çətinliklər yaşasa da, məqsədindən dönməyib. 

Şəhidimizin atası Fazil Dursunov bildirir ki, üç övladı var, onlar hərbçidir və cəbhə bölgəsindədir. Onun sözlərinə görə, itkisiz müharibə olmur və şəhidlik kimin qismətinə yazılıbsa, başımızı dik tutmalıyıq. 

Şəhidimizin xanımı Məryəm Dursunov həyat yoldaşı Fəridə yazdığı son mesajından danışıb: “Son mesajımda yazmışdım ki, sən mənim qəhrəmanımsan. Səninlə fəxr edirəm. Biz birlikdə zəfəri qeyd edəcəyik. Amma birlikdə qeyd edə bilməsək də, zəfəri bizə yaşatdılar”.