Ermənilərin dili ilə: “Bizə inanmayın, damarımızdan erməni qanı axır” – VİDEO

0
509

Ötən gün Rusiyanın “Rossiya 1” kanalında “Vesti Nedeli” xəbər proqramında 1989-cu ildə Xocavənd rayonunun Tuğ kəndində cərəyan edən hadisələrlə bağlı videomaterial efirə gedib. 

Baku TV xəbər verir ki, aparıcının “Heç vaxt Dağlıq Qarabağdan çıxarılan azərbaycanlıların çarəzsizliyini unutmayacağam” fikirləri ilə videomateriala giriş etməsi diqqət çəkib. 

Əslində videomaterialda cərəyan edən hadisələrə nəzər yetirərkən açıq-aydın ermənilərin 1988-89-cu illərdən Dağlıq Qarabağda yaşayan əhalinin sıxışdırılmasının, təqiblərə məruz qalmasının şahidi oluruq. Reportajda diqqət çəkən digər məqam isə Xocavənd rayonunun Tuğ kənd orta məktəbinin taxta arakəsmə ilə iki hissəyə bölünməsi görüntüləridir. Əslində 1989-cu ilə qədər həm Azərbaycan, həm də ermənilər sözügedən bu məktəbdə birlikdə təhsil alıblar.

Bu barədə həmin məktəbdə dərs deyən Ramiz Cahangirov danışıb:

“Bizlə qonşuluq edən ermənilər birdən-birə öz simalarını dəyişdilər, əsl xislətlərini nümayiş etdirməyə başladılar. Onların ümumi prosesinə qoşulmayan erməniləri incidirdilər, təhqir edib döyürdülər. Artaşes Qriqoryan adlı bir erməni müəllimi var idi. O məni çağırdı və dedi ki, ermənilər məni və ailəmi incidirlər. Çünki biz münasibətlərə loyal münasibət bəsləyirik. Sizə məsləhət verirəm ki, siz hətta mənim kimi erməniyə də inanmayın, çünki bizim damarımızdan erməni qanı axır.”