İran XİN mətbuat katibi: “İran silah daşınmasına icazə verməyib”

0
373

İran Dağlıq Qarabağ münaqişəsində heç kimə silah daşımağa icazə verməyib”.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, İran bu münaqişə, ümumiyyətlə, heç bir münaqişəyə etinasız olmayıb.

Xətibzadə əlavə edib ki, İran münaqişələrin sülh yolu ilə həll edilməsinə çalışır.

“Münaqişələrin son həll yolu hərbi həll yoludur. Bütün tərəflər təxminən 30 ildir davam edən bu münaqişənin həlli yolunu tapa bilərlər”.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycan və Rusiyaya səfərinin təxirə salınmasına münasibət bildirən İran XİN rəsmisi deyib ki, Ermənistan Xarici İşlər Nazirliyində baş verən dəyişikliklərə görə, bu səfər sadəcə Rusiya və Azərbaycana baş tutacaq:

“İran dövlətinin gələnilki büdcəsi ilə əlaqədar bütün hökumət üzvlərinin səfərləri təxirə salınıb. Bu səbəbdən İran xarici işlər nazirinin də səfəri təxirə salındı. Səfərlə əlaqədar proqram hazırlanacaq.

Bu səfərin əsas mehvəri Qarabağ böhranı olacaq. Əlbəttə, İranın bu ölkələrlə strateji münasibətləri var. İranın Azərbaycanla münasibətləri inkişaf etməkdədir. İran və Azərbaycanın münasibətləri tarixi səviyyədədir və İran bu münasibətlərin daha da yüksəldilməsinə çalışır”.

Xətibzadə əlavə edib ki, İranın siyasəti yaxşı qonşuluq münasibəti üzərindədir. İran region ölkələri arasında problemlərin həll edilməsinə və qonşu ölkələrlə bərabər münasibətlərə sahib olmağa çalışır. Bu arada bəzi ölələrlə dərin tarixi ortaqlıqlar yüksək əhəmiyyət kəsb edir.