Polis karantinlə bağlı yoxlamalara başladı – RƏSMİ

0
332

Balakən rayonunda karantin rejimi qaydalarının təmin olunması məqsədilə nəzarət- profilaktik, maarifləndirmə tədbirləri həyata keçirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, xüsusi karantin rejiminə uyğun olaraq ölkə ərazisində həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də  sərnişindaşıma ilə məşğul olan marşrut sürücülərinə cümə günü bu barədə xəbərdarlıq edilib və qaydalara riayət etmələri tapşırılıb.

Əks təqdirdə barələrində inzibati tənbeh tədbirləri görüləcəyi onların diqqətinə çatdırılıb.

Həmçinin, polis əməkdaşları rayon ərazisində yerləşən böyük marketlərdə, apteklərdə, eləcə də, açıq ictimai yerlərdə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirirlər.

Reydlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər aşkarlandıqda onlara tibbi maskadan istifadənin zəruriliyi, bu istiqamətdə həyata keçirilən tədbirlərin onları sağlamlığını qorumaq məqsədi daşıdığı diqqətə çatdırılır.

Rejim qaydalarına biganə yanaşan şəxslər barəsində isə qanuni tədbir görülür.