Kabil şəhəri raket atəşinə tutulub, azı beş nəfər həlak olub

0
340

Əfqanıstanın paytaxtı Kabilə endirilən raket zərbəsi nəticəsində azı beş nəfər həlak olub, 21 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Telekanalın məlumatına əsasən, səhər saatlarında Kabil şəhərinin bir neçə rayonuna 14 raket atılıb.

Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini hələ ki öz üzərinə götürməyib.