Ermənistan ordusunun generalı istefa verdi

0
395

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi, general-mayor Movses Akopyan istefa verib.

O, şəxsi istəyi ilə istefa verib.

Movses Akopyan Milli Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryanın doğma dayısıdır. O uzun illər qondarma Qarabağ rejiminin “müdafiə naziri” çalışıb.