İki azərbaycanlı əsirlə bağlı beynəlxalq təşkilata MÜRACİƏT OLUNDU

0
739

Avropada yaşayan Azərbaycan əsilli türkiyəli yazıçı Orxan Aras erməni tərəfinə əsir düşmüş 2 hərbçimizlə bağlı Amnesty İnternational təşkilatına müraciət ünvanlayıb. 

Yazıçının türk və alman dillərində yazdığı məktubda öncə azərbaycanlı hərbi əsir Musayev Amin Alim oğlundan bəhs edilib.

Bildirilib ki, Musayev Amin Alim oğlu Qarabağdakı münaqişə zonasında ermənilərin tərəfində çəkiliş aparan rus jurnalist tərəfindən yaralı halda tapılaraq, İrəvan xəstəxanasınlarından birinə aparılıb.

Orxan Aras beynəlxalq təşkilatı azərbaycanlı hərbi əsirin ailəsinə – xəstə və yaşlı anasına qovuşmasına kömək etməyə çağırıb. Qeyd edib ki, azərbaycanlı əsirin Ermənistanda işgəncəyə məruz qaldığı bildirilir.


Bununla yanaşı, yazıçı məktubda başqa bir hərbi əsir Kərimov Yaşar Bayram oğlunun da eyni aqibəti yaşadığına diqqət çəkib.