Bakıda qəzalı vəziyyətdəki yaşayış binaları söküləcək

0
418

Sabunçu Rayonu İcra Hakimiyyəti Bakının Ramana qəsəbəsindəki qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 7-si, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1 faizi qədər bank təminatını isə dekabrın 15:00-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi dekabrın 16-da, 12:00-da portalda açıqlanacaq.