Prezident özünü və xanımını riskə atdı, Qarabağdan dünyaya mesaj verdi

0
392

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.


Səfəri şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Ali Baş Komandan və Birinci vitse-prezidentin işğaldan azad olunmuş yerlərə getməsi tarixi səfərdir:


“Əslidə cənab Prezidentin hələ barıt qoxusu çəkilməyən torpaqlara öz xanımı, Birinci vitse-prezidentlə birlikdə səfər etməsi çox riskli idi. Amma Ali Baş Komandan bir daha öz fədakarlığını, xalqın yanında olduğunu nümayiş etdirdi. İlham Əliyev işğaldan azad edilmiş torpaqlara getməklə, həm daxili, həm də beynəlxalq auditoriyaya bir növ mesaj verdi. Bu mesajda Azərbaycanın gücünü, öz haqq savaşında qalib olduğunu, düşməndən çəkinmədiyini bildirdi. Həmçinin, tarixi səfərlə beynəlxalq ictimaiyyəti erməni vandalizmini görməyə çağırdı.

Ali Baş Komandanın özünü və xanımını riskə ataraq, yenicə erməni tapdağından qurtulan torpaqlara getməsi, həm də əhalinin inamını, əzəli torpaqlara qayıtmaq istəyini daha da artırır”.
 

Deputat deyib ki, bu səfər həm də dünyaya, düşmənə bir mesaj idi:

“Prezident erməni xislətinin izlərini öz gözləri ilə görərək, bunu şəxsən ictimaiyyətə açıqladı. Bu həm də hərbi kapitulyasiyaya uğrayan, çökən, amma hələ də bəyanatdakı öhdəliklərinə əməl etməməyə çalışan, 3 rayondan çıxmamaq üçün bəhanələr axtaran Ermənistana bir mesaj idi ki, biz Azərbaycanın hər yerinə gedəcəyik. Hər qarış torpağımızı azad edəcəyik,  Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Ən böyük mesaj dünyaya idi ki, ermənilər necə vəhşiliklər törədiblər, bir dənə də olsun salamat tikili qoymayıblar.
Cənab Prezidentin də səsləndirdiyi kimi, Kəlbəcərdən əli üzülən düşmən bu  rayonu yandırır, tar-mar edir, meşələri qırır. Bilirsiniz, bu vəhşiliklərin qarşısında erməniyə insan da demək düzgün deyil, vəhşi tayfadılar, nədirlər… Tarix belə barbar tayfa hələ görməmişdi”.