Əhali ərzaq, içki və tütün məhsullarının istehlakını artırıb

0
370

2020-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 milyard 663,2 milyon manatlıq məhsul satılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz azalıb.

2019-cu ilin müvafiq dövrünə nisbətən 2020-ci ilin 10 ayında 3 faiz daha çox – 17 milyard 34,5 milyon manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları satılıb. Eləcə də, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz daha az – 14 milyard 628,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.