Paşinyan Şuşanı qaytarmaq üçün edilmiş uğursuz cəhdlərindən danışdı

0
430

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai televiziyasına müsahibə verib. 

O, müsahibəsində Şuşanı itirmələri ilə bağlı suallara da cavab verməli olub: 

“Şuşanı qaytarmaq üçün iki cəhd etdik, lakin ikisi də uğursuz oldu”.

Paşinyan həmçinin, Şuşanın itirilməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:

“Şuşanın itirilməsini biləndə mənə 50 döyüşçümüzün hələ də orada olduğu barədə məlumat verildi. Məlumat verən şəxslə əlaqə qurmağı xahiş etdim və sonra onun Şuşada deyil, Xankəndidə olduğu bilindi”.