“Bakı Türkiyənin asılılığına düşüb” – Rusiyalı deputat Milonov

0
450

Rusiya KİV-nin məlumatına görə, Dövlət Dumasının deputatı, ermənipərəst Vitali Milonov Azərbaycanın Dağlıq Qarabağdakı qələbəsini «şübhəli» adlandırıb və bildirib ki, Bakı Türkiyə ilə ittifaqa girməklə, «özünün aqressiv qonşusunun güclü asılılığı altına düşüb».

«Əgər Azərbaycan ordusu özü döyüşmüş olsaydı, 100 metrdən o yana gedə bilməzdi. Türkiyə ordusu və beynəlxalq muzdlular ərazilərin bir hissəsini Azərbaycan üçün geri aldı. Amma onlar əldə etdiklərini Azərbaycanın ayağına yazmadılar» – deyə, Milonov baş-ayaq danışmağa girişib. Görünür «erməni xiffəti» bu yaltağın olan-qalan ləyaqətini də əlindən alıb.

Rusiyalı deputatın fikrincə, Azəbaycan azad edilmiş ərazilərin qarşılığını öz suverenliyi ilə ödəyib. «O, bəlkə də hansısa ərazilərin bir hissəsini geri qaytarıb, amma indi suveren Azərbaycan dövləti kimi qalmayb, Türkiyənin əyalətinə çevrilib» – Milonov «özünü batırıb».

Bu sayıqlamaları ilə aydındır ki, «əli hər yerdən üzülmüş erməni tulası Milonov» Qarabağ savaşında Azərbaycan ordusunun qələbələri üzərinə kölgə salmaqla, təsəlli tapmağa cəhd edir. Amma əbəsdir. Azərbaycan əsgərinin rəşadəti, silahlarımızın gücü və zabitlərimizin sonsuz vətənpərvərlikdən güc alan qəhrəmanlıqları indi dünya xalqlarının dilinin əzbərinə çevrilib.

Riyakar və rəzil erməninin dostu da Milonov kimi yaltaq olar – necə deyərlər, «dost, dosta tən gərək…»

(axar)