Ərdoğan: “Qazaxın işğal altında olan kəndləri noyabrın 20-dək Azərbaycana qaytarılacaq”

0
407

“Razılaşmaya görə, Ermənistan Kəlbəcəri noyabrın 15-dək, Ağdam rayonu və Qazax rayonunun işğal altında olan kəndlərini noyabrın 20-dək, Laçını isə dekabrın 1-dək Azərbaycana qaytarmalıdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“İşğalın ardından evlərindən didərgin salınan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönəcəklər”, – o qeyd edib.