Ermənistan bu sənədin imzalanması ilə yıxıldı, amma uçuruma yuvarlanmadı…”

0
587

“İrəvan Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı vaxtında qərar verdi”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Rusiya 1” telekanalına müsahibəsində deyib. Paşinyan Qarabağ münaqişəsi ilə bağlı imzalanmış üçtərəfli sənədi şərh edərək bildirib ki, əks təqdirdə Ermənistanda vəziyyət daha da pis olacaqdı.

“Mən bu vəziyyətə görə məsuliyyət daşıyıram və daşıyacağam. Bu, bizim üçün böyük uğursuzluqdur, böyük bir fəlakətdir. Həyatlarını itirmiş insanların matəmidir. Ancaq Ermənistan və “Artsax” (Dağlıq Qarabağ-red) yaşamalı, güclənməli, möhkəmlənməlidir. Müxtəlif məsələlərdə əvvəlki düşüncələr yenidən nəzərdən keçirilməlidir. Digər həll variantlarının əvvəllər sadəcə mümkünsüz olduğunu bilirəm. Ermənistan bu sənədin imzalanması ilə yıxıldı, amma uçuruma yuvarlanmadı”.