İNK üzvünün bayram məktubu

0
399

Hər birinizi, əziz xalqımızı başda sədrimiz Rasim müəllim olmaqla bütün kollektivi bu möhtəşəm gün-Bayraq günü münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayır, uğurlarımızın davamlı olmasını diləyirəm.Bu günün möhtəşəmliyini qat-qat artıran, əzəmətini daha da göylərə qaldıran və bizim sinəmizi qabardıb tarixi məğrur duruşumuzu bərpa edən şəhidlərimizin ruhlarının, qazilərimizin, onları yetişdirib boya başa çatdıran böyüklərinin qarşısında baş əyirəm…Şəhidlərimizə uca ALLAHDAN rəhmət, qazilərimizə təcili şəfalar diləyirəm.Bu günlərin memarlarının haqqı heç bir vaxt ödənməz!Başda möhtərəm prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyev və onun “Vətən müharibəsi” uğrunda verdiyi tapşırıqları səlis, qeyd-şərtsiz yerinə yetirən bu əməliyyatların icrasında iştirak edən hər bir kəsə, o cümlədən digər sahələrdə də müharibə şəraitində olmağımıza baxmayaraq, xalqın rifahı, vətənimizin çiçəklənməsi, inkişaf etdirilməsi üçün verilən təlimatları qürurla, inam və ilhamla yerinə yetirən hər bir vəzifə sahibinə həmçinin təşkilatımızın rəhbəri Rasim müəllimə, bütün təşkilat əməkdaşlarına dərin təşəkkürümü bildirməyi özümə borc bilirəm…Sonda sözlərimi bir qardaşımın yazdığı bu günün əzəmətini və önəmini özündə ehtiva edən bu misralarla bitirirəm…
Ulduzu körpətək bağrına basan 

Bayrağın nurunda hilal görünür

Sancıldığın yerdə məğrur dalğalan

Bu zəfər xalqıma halal görünür

Həsrətin bitibdir vüsal görünür.


Sən ey səmaların qüruru bayraq 

Qədrini nə bilir naxələf, alçaq

Vətəndir kölgənin düşdüyü torpaq

Şuşada ulduzlu hilal görünür

Həsrətin bitibdir vüsal görünür.


Hüsnünü bəzəyir şəhidin qanı

Bürüyüb aləmi Göytürkün şanı

Qələbə zamanı, zəfər zamanı

Hər kəsdə yalnız bir amal görünür

Həsrətin bitibdir vüsal görünür.

Gəlir min illərdən sorağın, səsin

Könlündə taxt qurdun, inan, hər kəsin

Qoy, hamı şanına türkü söyləsin,

Desin hər cihanda hilal görünür,

Həsrətin bitibdir vüsal görünür.


Zamanın özündən sən əbədisən,

Haqlının haqqının haqq məbədisən,

Gəncəsən, Bərdəsən, Ağcabədisən

Yaran dərindədir məlal görünür,

Dərdin çox olsa da cəlal görünür.


Səxavət İlham oğlu Ramazanov