İlham Əliyev: Şuşa işğaldan azad edildi!

0
484

Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etdi. 
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib.
Xatırladaq ki, Erməni silahlı qüvvələrinin 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşaya başlayan hücumu nəticəsində mayın 8-i şəhər işğalçılar tərəfindən tutulub. 28 ildir düşmən tapdağında olan Azərbaycanın dilbər guşələrindən biri, mədəniyyət beşiyi, Xarıbülbülün vətəni, Qarabağ xanlığının tarixi paytaxtı Şuşa bu gün işğaldan azad olunub.