Tanınmış jurnalistə vəzifə verildi

0
321

Tanınmış telejurnalist Eldəniz Vəliyev “Space” TV-də Xəbərlər Xidmətinin baş redaktoru təyin olunub.

Bu barədə jurnalistin özü məlumat verib.

“İnanıram ki, istehsal etdiyimiz xəbərlərlə rəqabət mühitində öz yerimizi tuta biləcəyik. Buna zaman tələb olunsa da, hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Hər kəsin yolu açıq olsun!”, – deyə E.Vəliyev qeyd edib.

Qeyd edək ki, E.Vəliyev bundan öncə ANS, ATV və APA televiziyalarında çalışıb.